Bakı. 4 sentyabr. REPORT.AZ/ Sentyabrın 10-dan etibarən Venesuelanın paytaxtı Karakasda 2017-ci ilin sonundan pulsuz fəaliyyət göstərən metro yenidən ödənişli olacaq, eyni zamanda gediş haqqı 12,5 min dəfə artacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşmı Karakas metropoliteni məlumat ayıb.
Bildirilir ki, bilet satışına şənbə günü, sentyabrın 8-dən başlanacaq. Gediş haqqı 0,5 suveren bolivar təşkil edəcək ki, bu da 50 min köhnə bolivara bərabərdir. 2017-ci ildə, bilet satışı ləğv edilməzdən əvvəl bir gediş 4 köhnə bolivara başa gəlirdi. Həmin vaxt dolların məzənnəsi bir neçə milyon bolivar idi.
Buna baxmayaraq, Karakas dünyada ən ucuz ictimai nəqliyyatın fəaliyyət göstərdiyi şəhərlərdən biri olaraq qalmaqdadır.