Vaşinqtonda etirazlarla əlaqədar komendant saatı tətbiq edildi

ABŞ-ın paytaxtı Vaşinqtonun meri Myuriel Bouzer şəhərdə komendant saatı tətbiq edib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, komendant saatı yerli vaxtla saat 18:00-dan elan olunub. Məhdudiyyətlər ABŞ prezidenti Donald Trampın paytaxtdakı kütləvi etirazları, o cümlədən Konqresin binasına soxulması ilə bağlıdır.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28