Vanuatu arxipelaqında zəlzələ baş verib

Bakı. 22 avqust. REPORT.AZ/ Vanuatu Respublikasının Sakit okeanda yerləşən Yeni Hebridlər arxipelaqında 6,7 maqnituda gücündə zəlzələ baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların ocağı 7 min nəfərin yaşadığı Ambrim vulkanik adasının ətrafında 10 km dərinlikdə qeydə alınıb.

Sunami təhlükəsi elan olunmayıb.

Digər xəbərlər

İsrail ordusu Qəzzada qalacaq 18 avqust, 2026 / 01:15