“Ukrayna bu ilin birinci yarısında Qərb tərəfdaşlarından uzaqmənzilli raketləri alacaq”.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov deyib.
Onun sözlərinə görə, söhbət 120-150 km dərinlikdəki hədəfləri vura bilən raketlərdən gedir.
O.Reznikov bildirib ki, raketlərin tədarükündən sonra döyüş meydanında durum dəyişə bilər.