Uruqvayda qasırğa və leysanlar nəticəsində 8 nəfər həlak olub

Bakı. 19 aprel. REPORT.AZ/Uruqvaqyda qasırğa və leysanlar nəticəsində səkkiz nəfər həlak olub. "Report" "TACC"-a istinadən xəbər verir ki, ölkənin dörd min sakini öz evini tərk etməyə məcbur olub.

Uruqvayın Fövqəladə Hallarda Milli İdarəetmə Nazirliyinin məlumatına görə, ölkənin 19 departamentindən 16-ı təbii fəlakətdən zərfər çəkib. Təbii fəlakətdən daha çox Dolores şəhərinin ziyan çəkdiyti bildirilir. 

Yerli mətbuat ölənlərin sayının 8 nəfərə çatdığını bildirib.

Qasırğa və leysanlar nəticəsində iki yüzə yaxın sakin xəsarət alıb.

Digər xəbərlər