Uqandada sektantların hücumu nəticəsində 8 nəfər ölüb

Uqandada sektantların hücumu nəticəsində dördü uşaq olmaqla ən azı səkkiz nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Uqanda Xalq Müdafiə Qüvvələri məlumat yayıb.

“İlkin araşdırmalar nəticəsində məlum olub ki, hələlik şəxsiyyəti bilinməyən təriqət üzvləri insanlara hücum edərək onları öldürüblər”, - məlumatda qeyd olunub.

Polis hücum edənlərdən ikisinin təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü bildirib.

Digər xəbərlər

Tramp: İrana verilən vaxt bitir 28 yanvar, 2026 / 16:44