Ukraynanın baş naziri istefa verib - VİDEO

Ukraynanın baş naziri Vladimir Qroysman hökumət başçısı vəzifəsindən istefa verib.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsindəki videomüraciətində bildirib.

Vladimir Qroysman xələfinə güc və səbir arzulayıb. Siyasətçi vurğulayıb ki, hökumətin işi və ukraynalıların həyatı Ukraynanın gələcək baş nazirindən asılı olacaq.

"Mən böyük dövlətimizin müvəffəqiyyətinin qayğısına qalmağa davam edəcəm", - Qroysman deyib.

Digər xəbərlər

Moldova MDB-dən çıxır 19 yanvar, 2026 / 22:20