Ukraynalı nazir: "Bəzi sosial sahələrin maliyyələşdirilməməsi riski var"

Ukraynada bəzi sosial sahələrin kifayət qədər maliyyələşdirilməməsi riski böyükdür.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) və ABŞ-nin maliyyə dəstəyi olmasa, Ukrayna müəllimlərin və dövlət qulluqçularının maaşlarını, həmçinin pensiyaları gecikdirməli olacaq: “Söhbət 500 min dövlət qulluqçusunun, 1,4 milyon müəllimin maaşlarının, həmçinin 10 milyon pensiyaçının pensiyalarının gecikdirilməsindən gedir”.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09