Ukrayna ordusunun hərbçiləri təlim keçmək üçün İspaniyaya gediblər.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqının hərbi yardımı çərçivəsində baş tutan təlimdə 225 nəfər iştirak edir.
Onlar paytaxt Madrid yaxınlığındakı hərbi-hava bazasında təlim keçirlər.
Hazırlıqlar çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin 20 döyüşçüsü Hawk hava hücumundan müdafiə sistemlərini idarə etməyi öyrənəcəklər.