Ukraynada xilasetmə vertolyotu qəzaya uğrayıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Ukraynanın Xarkov vilayətində ölkənin Dövlət Fövqəladə Hallar Xidmətinin vertolyotu qəzaya uğrayıb.

"Report" UNN nəşrinə istinadən xəbər verir ki, bunu Milli Polisin Xarkov vilayəti üzrə Baş İdarəsinin rəis müavini — İstintaq İdarəsinin rəisi Sergey Çij bildirib.

Onun sözlərinə görə, qəza Krasnoqradsk rayonunda olub.

"Hadisə nəticəsində ölən yoxdur. Polis ictimai qaydaların qorunmasını təmin edir", — deyə o əlavə edib.

Digər xəbərlər