Ukraynada Mi-2 helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb

Ukraynanın Nikolayevskiy vilayətində Mi-2 helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət FH xidməti məlumat yayıb.

Ölənlərin pilot və pilot köməkçisi olduğu bildirilir.

6 kv.m sahədə yanğın aradan qaldırılıb. Hadisə yerinə FH xidmətinin 2 texnikası və 8 əməkdaşı cəlb edilib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12