Ukraynada Kiberhücum Qüvvələri yaradılır

Ukraynada Silahlı Qüvvələrin yeni və müasir bir növü - Kiberhücum Qüvvələri yaradılır.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə qanun layihəsi Ali Radanın bu gün keçirilən iclasında birinci oxunuşda qəbul olunub.

Layihə barədə Ukrayna müdafiə naziri Denis Şmıqal məlumat verib.

O qeyd edib ki, yeni qüvvə növünü yaradarkən Ukrayna, Böyük Britaniya və Türkiyə ilə əməkdaşlıqdan yararlanacaq.

Bu qüvvələr dövlətin kiberfəzada müdafiəsinə cavabdeh olacaqlar.

Digər xəbərlər

Bolqarıstan hökuməti istefa verib 11 dekabr, 2025 / 16:39