Bakı. 19 avqust. REPORT.AZ/ Ukraynada hərbi əməliyyatlar nəticəsində dağıdılmış infrastrukturun və müəssisələrin bərpa işlərinin dəyəri 8 mlrd. dollara çata bilər.
Report RİA NOVOSTİ-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Arseni Yatsenyuk ən iri aqrar məhsul istehsalçıları ilə müşavirədə bildirib.
"Əgər Donbassda infrastrukturun və digər dağıntıların bərpası üçün biz 8 mlrd. qriven haqqında müzakirələr aparırdıqsa, indi bu rəqəm 8 mlrd. dollara çata bilər" — deyə, Yatsenyuk qeyd edib.
Çıxışı zamanı o, növbəti dəfə separatçıları Donetsk və Luqansk vilayətlərində infrastrukturun qəsdən dağıdılmasında, eləcə də insanların qətlində ittiham edib.