Ukraynada deputatlar canlı efirdə əlbəyaxa olublar - VİDEO

Bakı. 17 avqust. REPORT.AZ/ Ukrayna Ali Radasının deputatları Sergey Şaxov və İqor Mosiyçuk "Pryamoy" telekanalının efirində dava ediblər.

“Report” xəbər verir ki, əvvəlcə Şaxov həmkarının gey-paradda iştirak etdiyini bildirib.

Əvəzində Moseyçuk ondan üzr istəməsini tələb edib. Qarşılıqlı təhqirlərdən sonra deputatlar telekanalın studiyasında bir-birinə yumruq atmağa başlayıblar.

Bununla belə telekanal öz "Facebook" səhifəsində məlumat yayıb ki, deputatlar arasında dava studiyadan çıxdıqdan sonra liftdə davam edib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10