Ukraynada avtomobildə yüksək səslə rus musiqisinə qulaq asan qadın cərimələnib

Ukraynanın Nikolaev şəhərində yerli sakinlərdən bir qadın avtomobildə yüksək səslə rus musiqisinə qulaq asdığına görə cərimələnib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə yerli polis məlumat yayıb.

"Hüquq-mühafizə orqanlarının əməkdaşları qanun pozuntusunu sosial şəbəkələrin monitorinqi zamanı aşkar ediblər. Qadın şirkət avtomobilində ictimai yerlərdə rus ifaçıların mahnılarını səsləndirib.

Xırda avtoxuliqanlığa görə avtomobil sahibi barəsində inzibati protokol tərtib edilib", -məlumatda bildirilir.

Xəbər lenti