Ukraynanın müdafiə naziri Oleksiy Reznikovla israilli həmkarı Benni Qants arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bunu O.Reznikov tviter səhifəsində yazıb.
“Biz Ukraynaya qarşı mövcud təhdidləri və bizim müdafiə hüquqlarımızı müzakirə etdik. Digər məsələlərlə yanaşı, İsrailin humanitar yardımının əhəmiyyəti barədə də fikir mübadiləsi apardıq”, - nazir bildirib.