Ukrayna və ABŞ faydalı qazıntılar barədə gələcək saziş üzrə məsləhətləşmələr keçirəcək

Ukrayna və ABŞ aprelin 11-də faydalı qazıntılar haqqında saziş üzrə texniki məsləhətləşmələr keçirəcək.

“Report” "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş nazirinin Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə müavini Olqa Stefanişina Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, məsləhətləşmələr Vaşinqtonda Ukrayna ədliyyə və iqtisadiyyat nazirliklərinin nümayəndələrinin iştirakı ilə keçiriləcək.

"Görüş sabah olduğu üçün heç bir təfərrüata girə bilmərəm, lakin nəticələr barədə daha sonra şərh verə biləcəyəm", - o bildirib.

Xəbər lenti