Ukrayna Prezident Ofisi: “Bugünkü Rusiya rejimi Qərbin yanlış siyasətinin nəticəsidir”

“Bugünkü Rusiya rejimi Qərbin yanlış siyasətinin nəticəsidir”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O qeyd edib ki, Rusiya rejimi Qərbin bu dövlətlə bağlı 20 illik səhv siyasətinin məhsuludur: “Bu gün dünya birləşməli və işğalçı ölkəni məğlub etməlidir. Tarix nəticə çıxarılmamış dərsləri təkrarlanmağa meyllidir. Qərb yumruq kimi birləşməli və Rusiyanı məğlub etməlidir. Hərbi cinayətkarlar cəzalandırılmalı, beynəlxalq hüququn tələbləri bərpa edilməlidir”.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10