Ukrayna Ali Radasının keçmiş spikeri, xalq deputatı Andrey Parubinin qətlində Rusiya izi var.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Milli Polisinin rəhbəri İvan Vıqovski bildirib.
"Bilirik ki, bu cinayət təsadüfi deyil. Onda Rusiya izi var", - İ.Vıqovski vurğulayıb.
O əlavə edib ki, deputata 8 dəfə atəş açılıb.
Qeyd edək ki, 2016-2019-cu illərdə Ali Radanın sədri olan A.Parubi avqustun 30-da günorta saatlarında Lvovda küçədə güllələnib. Naməlum şəxs siyasətçiyə bir neçə dəfə atəş açıb, nəticədə o, yerindəcə ölüb.