Ukrayna öz vətəndaşları üçün Rusiya ilə sərhəddə keçid məntəqəsi açıb

Ukrayna Rusiya ilə sərhəddə müharibə başlayandan bağlı olan Kolotilovka-Pokrovka sərhəd-keçid məntəqəsini açıb.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu marşrutla ukraynalılar Sumı vilayətindən keçməklə Ukraynanın nəzarət edilən ərazisinə qayıda biləcəklər.

“Dünəndən etibarən Belqorod və Sumı vilayətlərinin sərhədindəki keçid məntəqəsi yenidən öz işini bərpa edib”, - Reinteqrasiya Nazirliyinin mətbuat xidməti bildirib.

Sərhəddə Ukrayna hakimiyyəti könüllü humanitar mərkəzin işini təşkil edib. Orada bütün ukraynalılar pulsuz psixoloji, hüquqi və humanitar yardım ala bilərlər.

Digər xəbərlər