Ukrayna Mariupol limanına zərbə endirib

Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri Rusiyanın nəzarəti altında olan Mariupol Dəniz Ticarət Limanının obyektlərinə zərbə endirib.

Bu barədə "Report" Pilotsuz Sistemlər Qüvvələrinin "Telegram"dakı məlumatına istinadən xəbər verir.

"Zərbə nəticəsində limanın enerji, təmir və idarəetmə infrastrukturu, həmçinin liman logistikasının fəaliyyətini təmin edən obyektlər zədələnib", – məlumatda qeyd olunub.

Bundan başqa, Rusiya qoşunlarının Mariupol limanından logistika qovşağı kimi istifadə imkanları əhəmiyyətli dərəcədə məhdudlaşıb.

Rusiya limandan hərbi logistika, həmçinin Ukrayna taxılı, kömürü və metalının ölkəyə qanunsuz daşınması üçün istifadə edirdi.

Digər xəbərlər