Ukrayna dəniz dronları ilə Yaltaya zərbə endirib

Ukrayna avqustun 7-si gündüz saatlarında işğal altındakı Yaltaya dəniz pilotsuz aparatları ilə hücum edib, bundan sonra şəhərin sahilboyu ərazisində güclü yanğın baş verib.

Bu barədə "Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir.

Şahidlərin məlumatına görə, liman ərazisində atəş səsləri eşidilib. Bundan sonra sahilboyu ərazidə güclü yanğın başlayıb.

"Partlayış olmayıb. Bu, mobil atəş qruplarının fəaliyyətinin nəticəsi ola bilər", - məlumatda bildirilir.

Daha əvvəl şəhər sakinləri və qonaqlarına heyətsiz katerlərin hücum təhlükəsi barədə xəbərdarlıq edilib, bundan sonra insanların çimərliklərdən və sahilboyu ərazidən təcili təxliyəsi təşkil olunub.

Digər xəbərlər

Çində güclü zəlzələ olub 19 avqust, 2026 / 04:22