Ukrayna ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sənəd üzrə danışıqların gələn həftə başlayacağını gözləyir.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak teleqramda bildirib.
“Ukrayna gələn həftədən etibarən ABŞ-la təhlükəsizlik zəmanətlərinə dair ikitərəfli saziş üzrə danışıqlara başlayacaq. Bu zəmanətlər Ukrayna NATO-ya daxil olana qədər qüvvədə olacaq”, - Yermak vurğulayıb.
Yermak həmçinin bildirib ki, Ukrayna üçün təhlükəsizlik təminatları konkret və uzunmüddətli olacaq: “Söhbət müdafiə və maliyyə dəstəyindən, eləcə də sanksiyalardan gedir”.