Türkiyənin Ədirnə vilayətində meşəlik ərazidə yanğın başlayıb.
“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, yanğın küləyin təsiri ilə qısa müddətdə ətrafa yayılıb.
Yanğının söndürülməsinə havadan və qurudan müdaxilələr edilir.
Hadisənin başvermə səbəbi araşdırılır.