Türkiyədə X, YouTube, Instagram, Facebook, TikTok və WhatsApp daxil olmaqla populyar onlayn platformalara girişlə bağlı nasazlıqlar davam edir.
Bu barədə "Report" xarici KİV-ə istinadən məlumat verir.
Məlumata görə, giriş problemləri bazar günü Qrinviç vaxtı ilə saat 20:45-də başlayıb, bu zaman platformalara giriş məhdudlaşdırılıb.
Qeyd olunur ki, məhdudiyyətlər Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbuldakı qərargahı ətrafında polis barrikadalarının qurulmasına cavab olaraq partiyanın mitinqlər keçirmək çağırışından dərhal sonra başlayıb.