Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin ilk üçlü zirvəsi təxirə salındı

Bakı. 10 oktyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Ankarada baş verən terror aktı ilə əlaqədar Türkmənistan səfərini təxirə salıb.

“Report”un RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, oktyabrın 12-də Türkmənistanda Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin üçlü görüşünun keçirilməsi də nəzərdə tutulmuşdu.

Xatırladaq ki, Ankarada törədilən terrorda 86 nəfər ölüb, 186 nədər yaralanıb.

Türkiyədə üç günlük yas elan edilib. 

Digər xəbərlər