Tunisdə aramsız leysan yağışları nəticəsində 6 nəfər ölüb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Tunisdə son 20 ildə müşahidə olunmayan aramsız leysan yağışları davam edir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, daşqın və sel azı 6 nəfərin ölümünə səbəb olub.

Yağış nəticəsində bir çox şəhərlərdə yollar iki metrə qədər palçıq qatının altında qalıb. Ölkənin ən iri hava limanı olan Enfidanın damı uçduğu üçün bağlanıb. 

Digər xəbərlər