Tramp Zelenski ilə bağlı dediklərini təkzib edib

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb.

“Report”un xəbərinə görə, mətbuat konfransının mətnini Reuters agentliyi yayıb.

“Mən bunu demişəm? - Vaşinqton administrasiyasının rəhbəri əvvəlki ifadələrini təkzib edib, baxmayaraq ki, müvafiq mətni olan nəşr hələ də Trampın “Truth” sosial şəbəkəsindəki səhifəsindən silinməyib.

Xatırladaq ki, fevralın 19-da Donald Tramp öz səhifəsində Zelenskini kəskin tənqid edib və onu “seçki keçirmək istəməyən diktator” adlandırıb.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09