Tramp və Ərdoğan Suriyada yaranmış vəziyyəti müzakirə ediblər

Bakı. 2 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Argentinada G20 sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla görüş zamanı Suriyanın Mənbic şəhərində yaranmış vəziyyəti müzakirə edib.

Bu barədə "Report" NTV-yə istinadən xəbər verir.

"ABŞ və Türkiyə münasibətləri strateji xarakter daşıyır. Bugünkü görüşdə biz Trampla Suriyanın şimalında yaranmş vəziyyəti müzakirə etdik, amma gündəlikdə Mənbic başlıca yer tuturdu", - deyə Türkiyə lideri bildirib.

Daha əvvəl xəbər verilib ki, Ərdoğan Argentinada G20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı İdlib üzrə daha bir sammitin çağırılmasını təklif edib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12