Tramp "Taliban"la sülh danışıqlarının "öldüyünü" deyib

"Əfqanıstanda "Taliban" nümayəndələri ilə sülh yol nizamlanmasına dair danışıqlar "ölüb".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Şimali Karolina ştatına uçuş öncəsi Ağ Evin Cənub çəmənliyində jurnalistlərə açıqlamasında deyib.

"Məncə, onlar (danışıqlar - red.) öldü", - deyə "Reuers" Trampın sözlərini sitat gətirib.

Prezident həmçinin qeyd edib ki, sentyabrın 8-də Kamp Deviddə "Taliban" liderləri və Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşün ləğv olunması barədə qərarı o qəbul edib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09