ABŞ Prezidenti Donald Tramp daha çox ölkənin İsraillə münasibətlərini normallaşdıracağına ümid etdiyini bildirib.
“Report”un xarici KİV-ə istinadən verdiyi məlumata görə, D.Tramp bunu Ər-Riyadda Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şaraa ilə görüşündə bildirib.
ABŞ Prezidentinin sözlərinə görə, "regionda daha çox ölkə İsraillə münasibətlərin normallaşdırılması üçün “İbrahim Sazişləri”nə qoşulacaq".
O, həmçinin Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şaraanı sazişlər çərçivəsində İsraillə münasibətləri normallaşdırmağa çağırıb.
Ağ Ev rəhbəri, həmçinin Əş-Şaraanı "bütün xarici terrorçuları Suriyadan deportasiya etməyə" çağırıb. Digər tələblər arasında ABŞ-yə İŞİD terror qruplaşmasının dirçəlməsinin qarşısını almaqda kömək etmək və s. var.