Tramp siyasətçi olmadığını bildirib

ABŞ prezidenti Donald Tramp bildirib ki, o özünü siyasətçi hesab etmir.

"Report" xəbər verir ki, Ağ Ev rəhbəri müvafiq bəyanatı özünün tvitterdəki hesabında yazıb.

"Mənim bəyanatlarım Vaşinqtonun tipik siyasətçilərinin çıxışları ilə oxşar deyil, çünki mən siyasətçi deyiləm”, - deyə Tramp bildirib.

"Mən həmişə Vaşinqtonun siyasi elitasının qaydaları üzrə oynamıram, ona görə ki, mən sizin (seçicilər-red) uğrunuzda güclü mübarizə aparmaq üçün seçilmişəm", - o əlavə edib.

Digər xəbərlər

Kiyev qaranlığa qərq olub 14 yanvar, 2026 / 04:06