Tramp seçki pozuntuları barədə məlumatların açıqlanmasını gözləyir

Ağ Ev rəhbəri Donald Tramp ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleytondan ölkədəki seçkilərlə bağlı ehtimal olunan sui-istifadə hallarına dair yeni məlumatların açıqlanmasını gözlədiyini bildirib.

"Report" xəbər verir ki, o bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bəli, əminəm ki, o, bunu edəcək", - Tramp Milli Kəşfiyyatın direktorunun məlumatın açıqlanması istiqamətində işini davam etdirməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

Digər xəbərlər