Moskva ilə danışıqlar hələ ki, Ukrayna münaqişəsinin nizamlanması mövzusu üzrə aparılır.
“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində deyib.
D.Tramp Rusiya rəhbərliyi ilə Ukraynadan başqa hər hansı digər məsələni müzakirə edib-etmədiyi sualına "xeyr" cavabını verib.
"Ancaq əgər razılaşma olarsa, düşünürəm ki, biz Ukrayna və Rusiya ilə iş apara bilərik", - o qeyd edib.