Tramp: Qəzzadakı müharibənin bitməsinə çox yaxınıq

ABŞ Prezidenti Donald Tramp tərəflərin Qəzza zolağında döyüş əməliyyatlarının dayandırılması ilə bağlı razılaşma əldə etməyə "çox yaxın" olduğunu bəyan edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ lideri Nyu-Yorkda "Ryder Cup" qolf turnirinə yola düşməzdən əvvəl jurnalistlərə bildirib.

"Düşünürəm ki, Qəzza ilə bağlı razılaşmaya çox yaxınıq", - o deyib və əlavə edib ki, bu razılaşma HƏMAS-ın saxladığı israilli girovların qaytarılmasına kömək edəcək.

"Bu, müharibəyə son qoyacaq bir razılaşma olacaq. Bu, sülh olacaq", - D.Tramp vurğulayıb.

Digər xəbərlər

ABŞ və Meksika barışır 29 yanvar, 2026 / 21:08