Tramp miqrant uşaqların ölümündə demokratları məsuliyyətli bilib

Bakı. 30 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Meksika ilə sərhəddə saxlanılmış miqrant uşaqları və ya digərlərinin ölümünə görə məsuliyyət Demokratlar Partiyası üzvlərinin üzərinə düşür.

“Report” xəbər verir ki, o bunu "Twitter" mikrobloqunda yazıb.

"Sərhəddə istənilən uşağın və ya başqasının ölümü yalnız demokratların və onların insanların ölkəmizə qanunsuz gələ biləcəklərini düşməsinə əsas verən rəzil immiqrasiya siyasətinin günahıdır", - deyə prezident bildirib.

O əlavə edib ki, əgər ABŞ sərhədində divar olsaydı, heç miqrantlar da ölkəyə keçməyə "cəhd göstərməzdilər".

Daha əvvəl Meksika Prezidenti qanunsuz miqrant axınına imkan verməyəcəklərini bəyan edib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09