Tramp koronavirusla bağlı fövqəladə vəziyyətin tətbiqini istisna etməyib

ABŞ rəhbərliyi koronavirusun yayılması ilə əlaqədar ölkəyə giriş üçün əlavə məhdudiyyətlərin tətbiq edilməsini nəzərdən keçirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

"Bəli, bunu nəzərdən keçiririk", - ABŞ prezidenti deyib. “Bu, virusun yayıldığı bəzi ölkələrə aiddir”, - Tramp əlavə edib.

ABŞ rəhbəri söhbətin hansı ölkələrdən getdiyini açıqlamayıb.

Tramp gələcəkdə koronavirusla əlaqədar ABŞ-da fövqəladə vəziyyət rejiminin tətbiq olunmasının mümkünlüyünü də istisna etməyib, ancaq dövlət başçısı deyib ki, indi buna ehtiyac yoxdur.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28