Tramp Kaliforniyada meşə yanğınlarından zərərçəkənlərlə görüşəcək

Bakı. 16 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Kaliforniyaya səfər edərək meşə yanğınlarından zərərçəkənlərlə görüşmək niyyətindədir.

"Report" NBC telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

Məlumata görə, bu, noyabrın 17-də baş tutacaq.

"Prezident Tramp şənbə günü Kaliforniyaya gedərək meşə yanğınlarından zərərçəkənlərlə görüşəcək", - deyə telekanal bildirib.

Qeyd edək ki, artıq bir neçə həftdir Kaliforniyada meşə yanğınları davam edir. Son məlumata görə, yanğınlar nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb. 

Digər xəbərlər

Livanda matəm elan olunub 09 aprel, 2026 / 05:51