Tramp: HƏMAS məhv edilənə qədər israilli girovlar geri qayıtmayacaq

HƏMAS məhv edilənə qədər qalan israilli girovları geri qaytarmayacaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

"Qalan girovların geri qaytarılmasını yalnız HƏMAS məğlub edildikdən və məhv edildikdən sonra görəcəyik. Bu, nə qədər tez baş verərsə, uğur şansı bir o qədər çox olar. Yadda saxlayın ki, mən danışıqlar apardım və yüzlərlə girovun azad edilməsini təmin etdim", - o yazıb.

Digər xəbərlər

Danimarka İran gəmisini saxlayıb 20 fevral, 2026 / 03:05
Tramp İrana 15 gün vaxt verib 20 fevral, 2026 / 01:50