Vaşinqtonun əsas məqsədlərindən biri İranın nüvə silahı əldə etməsinə yol verilməməsidir.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.
"Əsas məqsəd daim o olub və həmişə də olacaq - İran heç bir şəraitdə, formada nüvə silahına sahib ola bilməməlidir. Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirəm! ", - Tramp bildirib.