Tramp bu həftə Rusiyadan Ukrayna ilə atəşkəslə bağlı cavab alacağını gözləyir

ABŞ Prezidenti Donald Tramp Rusiyadan Ukrayna ilə mümkün atəşkəslə bağlı bu həftənin əvvəlində cavab alacağını gözləyir.

"Report"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, bu barədə Ağ Evdə jurnalistlərə bildirib.

"Görək nə olacaq. Bu həftə onlardan cavab alacağıq. Bu, çox tez olacaq”, - ABŞ lideri bildirib.

O, atəşkəsin yaxınlaşdığına əminliyini ifadə edib: “Düşünürəm ki, biz atəşkəsə yaxınlaşırıq, bu barədə sizə xəbər edəcəyik”.

Xəbər lenti