Donald Tramp Çinə xəbərdarlıq edib

“Çin Xalq Respublikasının Sədri Si Cinpin “Böyük-20”lik (“G-20”) liderlərinin sammitinə gəlməzsə, onlara təcili olaraq yeni rüsumlar tətbiq edəcəyik”.

“Report” CNBC-yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, Çin sammitə qatılmazsa, rəsmi Pekinə yeni rüsum tətbiq etməkdən çox məmnun olacaqlar.

Qeyd edək ki, iyunun 29-da Yaponiyanın Osaka şəhərində “G-20”liyin sammiti keçiriləcək. Bir müddət əvvəl Çin rəhbərliyinin bu tədbirdə iştirak etməyəcəyi barədə xəbər yayılıb. 

Digər xəbərlər

Senator Lindsi Qrem vəfat edib 12 iyul, 2026 / 10:42