Tramp Ali Məhkəmənin yeni üzvlüyünə namizəd irəli sürdü

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Ali Məhkəməsinin üzvü vəzifəsinə Apellyasiya Məhkəməsinin hakimi Emi Koni Barretin namizədliyini irəli sürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "NBC News" bildirib.

"Bu gün ölkəmizdəki ən parlaq və istedadlı hüquqi zəkalardan birinin namizədliyini irəli sürməkdən şərəf duyuram", - Tramp deyib.

48 yaşlı Barrett seçiləcəyi təqdirdə Ali Məhkəmədə işləyəcək beşinci qadın və hazırkı məhkəmənin ən gənc üzvü olacaq.

Barrett indi Viskonsin, İllinoys və İndianadaki işlərlə məşğul olan ABŞ-ın Yeddinci Dairəsinin Apellyasiya Məhkəməsində hakimdir. Mühafizəkar fikirləri ilə tanınır və xüsusən abortun əleyhinədir.

Digər xəbərlər