ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun yaxın zamanda Rusiya neftinə qarşı sanksiyaları yenidən sərtləşdirə biləcəyini bəyan edib.
"Report" xəbər verir ki, o bu barədə Fransada G7 sammitinin kənarında jurnalistlərə açıqlama verib.
"Nə deyim, tezliklə biz bunu edə biləcəyik, çünki hazırda neft bazara daxil olur. Biz sanksiyaları götürdük, çünki, açıq-aydın, neft tədarükünə mane olmaq istəmirdik. Buna görə də tezliklə bunu etmək imkanımız yaranacaq", - Donald Tramp bildirib.