Macarıstanda parlament seçkilərində qalib gələn "Tisa" partiyasının lideri Peter Madyar ölkə prezidenti Tamaş Şuyoku istefaya çağırıb.
"Report" xəbər verir ki, bu barədə Madyar "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Macarıstan prezidenti ilə görüşmək üçün Şandor sarayına gəldim. Tamaş Şuyok macar millətinin birliyini təmsil etməyə layiq deyil. O, mənəvi nüfuz sahibi və ya örnək olmağa yaramır. Yeni hökumət formalaşdıqdan sonra Tamaş Şuyok dərhal vəzifəsini tərk etməlidir", - Madyar yazıb.
Qeyd edək ki, 12 aprel seçkilərinin nəticələrinə görə, müxalif "Tisa" partiyası parlamentdəki 199 yerdən 138-ni, hakim "Fides" partiyası isə cəmi 55 yer əldə edib.