Tibetdə güclü zəlzələ olub

Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda 7,1 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Məlumata görə, yeraltı təkanların episentri Şiqadze şəhərindən 163 km məsafədə yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Digər xəbərlər