Texasda kimya zavodunda partlayış baş verib, xəsarət alanlar var

Bakı. 15 mart. REPORT.AZ/ ABŞ-ın Texas ştatının Kresson şəhərində kimya zavodunda partlayış baş verib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində 1 nəfər itkin düşüb, daha 1 nəfər isə ağır yaralanıb. 

Hadisə yerinə ən azı 4 yanğınsöndürən maşın cəlb edilib.

Partlayış ərazisində təxliyyə elan olunmayıb.

Kresson şəhərinin meri Bob Kornett bildirib ki, sözügedən kimya zavodu sabun, kimyəvi turşular istehsal edir. 

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45