Təl-Əvivdə terrorçu 7 nəfərə xəsarət yetirib

İsrailin Təl-Əviv şəhərində törədilən terror aktı nəticəsində 7 nəfər xəsarət alıb, onlardan 5-i xəstəxanaya aparılıb.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, bu barədə İsrail polisinin nümayəndəsi məlumat verib.

Məlumata görə, terrorçu idarə etdiyi avtomobili Təl-Əvivdə ticarət mərkəzinin yaxınlığında dayanan insanların üzərinə sürüb, daha sonra maşından düşərək bir neçə nəfərə kəsici alətlə xəsarət yetirib.

Terrorçunun zərərsizləşdirildiyi bildirilir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10