İsrail və Livan arasında birbaşa danışıqların yeddinci raundu avqustun 4-də Romada keçiriləcək.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani ölkə parlamentindəki çıxışında bildirib.
"Avqustun 4-də daha bir dialoq sessiyası keçirəcəyik", - o bildirib.
Tayaninin sözlərinə görə, növbəti raund Romada İsrail və Livan nümayəndə heyətlərinin iyulun 14-də keçirilmiş görüşündən sonra başlanan danışıqlar prosesinin davamı olacaq.