Tatarıstanda (Rusiya) "Cessna-172" yüngül mühərrikli təyyarə fərdi yaşayış evinin bostanına düşüb, pilot və sərnişin həlak olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən məlumat verilib.
"Saba rayonunda təyyarənin qəzaya uğraması nəticəsində pilot və sərnişin həlak olub", - məlumatda deyilir.
Mütəxəssislər hadisənin səbəbini araşdırırlar.